“Game of Thrones”un finalında da səhv... - Video

game-of-thronesun-finalinda-da-sehv
Oxunma sayı: 2081

Dünyanın ən səs-küyə səbəb olan layihələrindən olan “Game of Thrones”un dünənki final bölümündə yenə səhvə yol verilib. 

“Qafqazinfo” The Guardian-a istinadən xəbər verir ki, serialın sonuna yaxın kralın seçilməsi səhnəsində iki su şüşəsi ekranda görünüb.Qablardan biri Semvel Tarlinin, digəri isə Davos Sivort obrazlarının ayaqları altında olub. 

Qeyd edək ki, bundan əvvəl iki dəfə də serialda kofe fincanı görünmüşdü.