“Ganclik Mall”da işıqlar söndü

ganclik-mallda-isiqlar-sondu
Oxunma sayı: 1800

“Ganclik Mall” ticarət mərkəzində işıqlar sönüb. Bu barədə “Qafqazinfo”ya hazırda ticarət mərkəzində olan vətəndaşlar məlumat verib.

Onlar bildiriblər ki, sözügedən səbəbdən bütün müştərilər mağazalardan çıxarılıb. Lift, təhlükəsizlik sistemi və eskalatorlar fəaliyyətini dayandırıb.

“Ganclik Mall”un məlumat mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, texniki səbəblərdən hazırda bir neçə mağazanın işığı sönüb:

“Hazırda iş gedir, yaxın müddət ərzində problemin aradan qaldırılacağı gözlənilir. Giriş və çıxışda heç bir problem yoxdur, eskalator, lift və mağazalar fəaliyyət göstərir”.

Günel Hacı