Garant Holding-in iftar aksiyasının dördüncü günü

garant-holding-in-iftar-aksiyasinin-dorduncu-gunu
Oxunma sayı: 784


“Garant Holding iftar süfrəsinə dəvət edir” aksiyası davam edir. Dünən, avqustun 4-ü Svetofor və dayanacaqlarda insanlara su və xurma paylanması ilə yanaşı Elmlər Akademiyası metrosunun yaxınlığında qurulan çadırdan iftar açanlara yüngül yemək ikram olundu. Yarım saat ərzində 250 insanın qonaq olduğu mərasim holding əməkdaşlarının iştirakı ilə reallaşdı.

Sözügedən Ramazan aksiyası Garant Holding-in Direktorlar Şurasının sədri Anar Məmmədovun təşəbbüsü ilə ənənəvi səciyyə alıb. bu il aksiya müvafiq qurumların dəstəyi ilə daha da genişlənib. Belə ki, çadırların qurulduğu ərazinin aid olduğu müvafiq icra hakimiyyəti orqanları bu xeyirxah mərasimin keçirilməsində öz dəstəyini əsirgəməyib. aksiyanın dördüncü günündə Elmlər Akademiyası metrosu yaxınlığında çadırın qurulması çadır Garant Holding-in Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə səyi nəticəsində ərsəyə gəlib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, icra başçısının mümavini Şahin Məmmədov və icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Vaqif Məmmədov Ramazan aksiyasının keçirilməsi üçün bütün lazımi tədbirləri böyük ruh yüksəkliyi ilə həyata keçirib. Yeri gəlmişkən, aksiyanın altıncı günü, yəni avqustun 6-da yenə sözügedən icra hakimiyyətinin dəstəyi növbəti çadır Nizami metrosunun qarşısında qurulacaq. saat 21:00-dan etibarən iftarını açmağa hazırlanaşan hər kəs bu süfrəyə qonaq ola bilər. Bununla yanaşı, Aksiya bu gün, şəhərin 10 nöqtəsində svetofor və dayanacaqlarda su və xurma paylanması ilə davam edəcək. Həmin nöqtələri diqqətinizə çatdırırıq.

Şirkət                       Lokasiya

Garant Holding         R.Behbudov və Bakıxanov küçəsi kəsişməsi

Qarant Sığorta          C.Cabbarlı 44

Avtomedia              Elmlər Akademiyası metrosu

M-Trans                Avtovağzal

Royal Estate          20 Yanvar metrosu

Transeurocom        28 Mall avm

Ucar Aqro            Vaqif pr

Azbentonit          Xırdalan dairəsi

AzPOD               Nərimanov metrosu

Meridian             Azneft dairəsi