Gecce.az-ın 1 yaşı oldu

gecceaz-in-1-yasi-oldu
Oxunma sayı: 3677


Saytın rəhbəri Ceyhun Məhərrəmov deyir ki, onlar hər zaman operativ olmaqla yanaşı, doğru-dürüst xəbərin izi ilə addımlamağı özünə bir borc biliblər: “Qısa müddət kəsiyində nəinki, oxucularımızın rəğbətini, həm də sənət əhlinin diqqətini və sevgisini öz üzərimizdə hiss etmişik. Bir il ərzində saytımız bir neçə mükafatlara layiq görüldü. Daim sosial şəbəkədə aktivliyini qoruyub saxlayan Gecce.az-ın  “ İnstagram” səhifəsində 23 min istifadəçisinin olması özü diqqətə layiq bir haldır. Portalımızda yalnız şou xəbərləri deyil, gündəlik sənət xəbərləri və dəb yenilikləri ilə əks olunur”.


Sayt hazırda “Yerli xəbərlər”,  “Xarici xəbərlər”, “Gündəm, ”Kişi dünyası”, “Qadın dünyası”  və digər bölmələrdən ibarətdir. Sayt rəhbəri bildirib ki, yeni layihələr və ideylarla zəngin bir magazin portalı kimi fəaliyyətlərini davam etdirəcəklər.