Gecə 2-də döyüldülər, 1270 manat oğurlandı

gece-2-de-doyulduler-1270-manat-ogurlandi
Oxunma sayı: 961

Fevralın 19-da gecə saat 2 radələrində Qaradağ rayonunun Korgöz qəsəbəsi ərazisində Lökbatan qəsəbə sakini R.Nəhmədov və Sumqayıt şəhər sakini H.Hüseynov xuliqanlıq zəmnində döyülüblər.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, həmin şəxslər H.Hüseynovun 1270 manat pulunu alıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakinləri Z.İsmayılov, M.Əliyev və Ş.Əliyev saxlanılıb.

Z.İsmayılovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 16-na keçən gecə H.Hüseynova məxsus Güzdək qəsəbəsindəki daş karxanasından qaynaq aparatı oğurlaması da müəyyən edilib.

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.