Gecə Bakıda qəza oldu

gece-bakida-qeza-oldu
Oxunma sayı: 1489


Bəkir Çobanzadə küçəsində qeydə alınan hadisə zamanı 5 avtomobil toqquşub ki, nəticədə 1 nəfər bədən xəsarətləri alıb. Şahidlərin sözlərinə görə, “VAZ 21015” maraklı nəqliyyat vasitəsinin sürücüsü Babək prospekti istimətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Bundan sonra “Jiquli” yol kənarında dayanan “Mercedes” maraklı digər nəqliyyat vasitəsinə çırpılıb.

Ard-arda baş verən toqqşumalardan yol kənarında hərəkətsiz vəziyyətdə olan daha 2 “Mercedes” markalı maşın da öz payını alıb. Qəza zamanı ən çox ziyan “KIA” və “LADA”ya dəyib. Belə ki, hər iki maşın zərbəsinin təsirindən deformasiyaya uğrayıb və sürücülər maşının içində sıxılı vəziyyətdə qalıb. 

Bu səbəbdən də, xilasedicilərin köməyinə ehtiyac yaranıb. Lakin onlar gələnə qədər ətrafdakı vətəndaşları xəsarət alan “KIA”nın sürücüsü 38 yaşlı Fuad Məmmədovu sıxışıb qaldığı yerdən çıxararaq, təcili tibbi yardımla xəstəxanaya çatdırıblar. Qəzanın iştirakçısı olan “Mercedes” markalı minik avtomobilində alışma təhlükəsi yarandığından xilasedicilər tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

Faktla bağlı Nizami rayon polis idarəsində araşdırmalara başlanılıb. İdarənin müstəntiqi Çingiz Quliyevin verdiyi məlumat görə, qəzanın dəqiq baş vermə səbəblərini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin ediləcək. Hadisə şahidəri qəza iştirakçısı olan “VAZ 21015”-in sürücüsünün ərazidən yayndığını bildirdilər. 

ANS PRESS