“Gecə dəniz kənarında məni zorlamaq istədi” - 18 yaşlı qız

gece-deniz-kenarinda-meni-zorlamaq-istedi-
Oxunma sayı: 15554

 

Bakıda tanışı tərəfindən zorakılığa məruz qalan qız polisə müraciət edib. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunda baş verib.

Abşeron rayon sakini 1997-ci il təvəllüdlü S.Y 102 xidmətinə zəng edərək bir neçə gün öncə başına gələn hadisə barədə məlumat verib: "Avqustun 29-da gecə tanışım Mədətlə dəniz qırağına getdik. Goradil bağlarında dəniz kənarında Mədət məni zorlamaq istədi, müqavimət göstərdim".

Müəyyən edilib ki, 23 yaşlı M.Mədət də Abşeron rayon sakinidir. Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd