Gecə klubundakı dava ilə bağlı 5 nəfər tutuldu

gece-klubundaki-dava-ile-bagli-5-nefer-tutuldu
Oxunma sayı: 2009

Gəncə şəhərində gecə klubunda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb.
 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Gəncə şəhər Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 29,120.2.2 -ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb. Hadisə ilə bağlı 5 nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Qeyd edək ki, yanvarın 22-də gecə saatlarında Gəncə şəhərində fəaliyyət göstərən “X-Club” gecə klubunda kütləvi dava baş verib. Hadisə nəticəsində üç nəfər - Şəmkir rayon sakinləri, 1996-cı il təvəllüdlü Rzazadə Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıblar.