Gecə oğruları tutuldu

gece-ogrulari-tutuldu
Oxunma sayı: 668


Avqustun 19-da Xətai rayonu N.Tusi küçəsində Bakı şəhər sakini Rəşid Turabov idarə etdiyi «Mercedes» markalı avtomobillə Cəfər Cəfərovu vurmuş və nəticədə piyadaçı hadisə yerində ölüb. Xəzər RPİ NMB və Cəlilabad RPŞ əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Binə qəsəbəsində yaşayan, Cəlilabad rayon sakini Əkrəm İmanovun həyətyanı sahəsindən dibçəkdə yetişdirilmiş, yaş çəkisi 980 qram olan 13 ədəd çətənə kolu aşkar edilib. 

Avqustun 18-də Xəqani küçəsində Bakı şəhər sakinləri - Səbuhi Şərəfov və Orxan Cümşüdov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Səbuhi Şərəfov aldığı bıçaq xəsarətləri nəticəsində elə həmin gün xəstəxanada dünyasını dəyişib. Səbail RPİ PPXB və 39-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zaur Abdullayev tutulub. 

Avqustun 14-də Lökbatan qəsəbəsində yaşayan Füzuli Əliyevin mənzilindən pəncərədən kecmə yolu ilə 350 manat, qızıl-zinət əşyaları və mobil telefon oğurlanıb. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Lökbatan qəsəbə sakini Elvin İdrisov tutulmuş və müəyyən edilib ki, o, avqustun 15-də B.Niftəliyev küçəsində yaşayan Malik Paşayevin mənzilindən pəncərədən keçmə yolu ilə 50 manat, mobil telefon və bəzək əşyası oğurlanıb. 

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Yevlax rayon sakini Nazim Bəkirov və Ağdaş rayon sakini Fərid Rəhimov tutulmuşlar. Məlum olub ki, onlar mayın 13-nə keçən gecə Ə.Cəmil küçəsində yerləşən, Ruslan Kazımova məxsus «Topaz» klubundan dəmir barmaqlıqları sındırma yolu ilə 2920 manat, iyulun 30-na keçən gecə isə H.Cavid prospektində yerləşən, Fuad Süleymanova məxsus mağazadan qapını sındırma yolu ilə 28 manat oğurlayıb.