Gecə verilən bəyanat

gece-verilen-beyanat
Oxunma sayı: 635

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bəyanatda qeyd olunub ki, qanun Fransa prezidenti Nikola Sarkozi tərəfindən də imzalanarsa, Türkiyə Fransa ilə bağlı öncə açıqladığı sanksiyaları sürətlə həyata keçirəcək.

Türkiyə Xarici İşlər Nazirliyi bu qanunun qəbulunu məsuliyyətsizlik adlandırıb, Senatın Konstitusiya Komissiyasının bu qanunun Fransa Konstitusiyasına zidd olması barədə mövqeyini xatırladıb: “Buna baxmayaraq, qanun layihəsinin qəbul edilməsi belə həssas məsələnin Fransada daxili siyasətdə necə vasitə kimi istifadə edildiyini göstərir. Tarixin və ədalətin, başqa xalqların tarixi keçmişlərinin siyasiləşdirilməsi, ifadə azadlığına zərbə vurulması Fransanın özü üçün ciddi bir itkidir. Heç bir ölkə parlamentinin tarixi bir hadisə ilə bağlı qərar vermək haqqı və səlahiyyəti yoxdur”.

Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, qanunun qüvvəyə minməsi ilə bağlı növbəti prosedurun həyata keçməməsi üçün rəsmi Ankara bütün vasitələrdən istifadə edəcək.

Qeyd edək ki, Fransa Senatının qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etməsi Parisdə Senat binası önündə toplaşan minlərlə erməninin sevincinə səbəb olub. Ermənistan da sevinir. Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan deyib ki, bu, sadəcə, Ermənistan-Fransa münasibətləri tarixinə qızıl hərflərlə yazılacaq bir gün deyil, insan haqları tarixində də əlamətdar gün kimi qalacaq.