Gecə yatıb, səhər durmayan pəhləvan kimi əsgərin - - Fotoları

gece-yatib-seher-durmayan-pehlevan-kimi-esgerin-
Oxunma sayı: 5007


Yaxınları 10 gün əvvəl Naftalandakı "N" saylı hərbi hissəsdə dünyasını dəyişən 19 yaşlı əsgər Orxan Alıyevin şəkillərini yayıblar. 

Şəkillərdən görünür ki, Orxan cüssəli, əzələli, fizionomiyasından tamamilə sağlam olduğu görünən bir gəncdir. 

Qeyd edək ki, ölümündən 10 gün əvvəl hərbi xidmətdən məzuniyyətə evə gəldiyini deyən qardaşı Rövşən Alıyev bu ilin sonu Orxanın hərbi xidmətdə 1 ili tamam olacağını bildirib. O, qardaşının ölümündə bir çox uyğunszluqların olduğunu deyir. 

Gədəbəy rayonundan həqiqi hərbi xidmətə çağrılan Orxanın yatıb ayılmadığı iddia edilir və mərhumun yaxınları ölümü müəmmalı hesab edir. Orxanın idmançı olduğunu və səliqəli hərbi qulluqçu kimi tanındığını deyən atası Şirazi Alıyev oğlunun öldürüldüyünü hesab edir. Alıyevvlər ailəsi Orxanın səhhəti ilə bağlı heç bir problemin olmadığını deyir və bu məsələ ilə bağlı kənardan da ekspertlər cəlb edilə biləcəyini istisna etmir.

Müdafiə Nazirliyi çavuş Orxan Alıyevin yatıb ayılmadığını və ürək çatışmazlığından dünyasını dəyişdiini deyir. Səslənən iddilarla bağlı məsələni araşdıran Hərbi Prokurorluqdan bildiriblər ki, əsgərin valideynləri Hərbi Prokurorluqda qəbulda olublar. Prokurorluqdan verilən məlumata görə, Orxanın ölümü ilə bağlı müvafiq ekspertizalar təyin edilib. Onun ölümü ilə bağlı hər hansısa bir mövqe söyləməyin tez olduğunu deyən prokurorluq ekspertizanın rəyinin gözləməyi məsləhət görüb. Faktla bağlı araşdırmalar davam edir./musavat.com/