Gecədən Leriklə Masallıda işıq yoxdur - Küləyə görə

Gecədən Leriklə Masallıda işıq yoxdur
Oxunma sayı: 461

Dünəndən ölkənin cənub bölgəsində başlayan güclü külək yaşayış məntəqələrində bir sıra problemlər yaradıb. Xüsusilə də, küləyin törətdiyi fəsadlar nəticəsində 80-dən çox kənd işıqsız qalıb. 

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Qafqazinfo”ya bildirib ki, problemin həll olunması üçün dünən gecədən ərazidə briqada fəaliyyət göstərir:

“Hazırda Lənkəran, Astara və Cəliləbad ərazilərində elektrik enerjisi ilə bağlı yaranan problemlər aradan qaldırılıb. Lerik və Masallıda isə iş davam etdirilir. Günorta saatlarına kimi həmin ərazilərdə də elektrik enerjisi tam bərpa olunacaq. Hazırda sadəcə bir neçə dağ kəndində problem müşahidə olunur”.

Lənkəran Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildiriblər ki, hazırda şəhərdə elektrik enerjisinin verilməsi ilə bağlı hər hansı bir problem yoxdur. Küləyin törətdiyi fəsadlar da tez bir zamanda aradan qaldırılıb. 

Günel Hacı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi