Gecəki yanğında 15 nəfər xilas edilib

Gecəki yanğında 15 nəfər xilas edilib
Oxunma sayı: 977

FHN Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binada baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

"Qafqazinfo" qurumun saytına istinadən xəbər verir ki,  çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 42 p.m və 128 ədəd elektrik sayğacı yanıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin xilas olunub, 20 nəfər təxliyyə edilib. Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi