Gecəki yanğında polis mayoru zəhərləndi - Xəstəxanadadır

Gecəki yanğında polis mayoru zəhərləndi
Oxunma sayı: 2002

Dünən axşam Binəqədidə baş verən yanğında polis mayoru tüstüdən zəhərlənib.

"Qafqazinfo" xəbər verir ki, Binəqədi RPİ 5-ci PB-nin sahə rəisi, polis mayoru Gülaga Seyidov DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qeyd edək ki, F.Məlikov küçəsində binanın elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb. FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyyə olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi