“Gecəni sevdiyin birisi ilə keçirməyin ayrı bir ləzzəti var" statusu ilə bağlı - - Açıqlama

geceni-sevdiyin-birisi-ile-kecirmeyin-ayri-bir-lezzeti-varquot-statusu-ile-bagli-
Oxunma sayı: 2789


“Qafqazinfo”nun məlumatına görə, xalq artisti “Facebook” səhifəsində yazdığı statusun səhv başa düşüldüyünü, burada söhbətin sevgilisindən getmədiyini bildirib:

“"Facebook"da paylaşdığım hər statusumu hərfi mənada qəbul etməyin, lütfən. Anlayıram ki, ictimai fiquram, yazdıqlarımı öncədən ölçüb-biçməliyəm. Amma yaradıcı adam (şair, yazıçı, bəstəkar, rəssam, aktyor, rejissor, müğənni) bəzən ümumiləşdirilmiş fikirlər də söyləyə bilər. İndi belə çıxır ki, hər oxuduğum mahnıda özümü, duyub-yaşadıqlarımı, özəl həyatımı vəsf edirəm? Məhəbbət elə bir mövzudur ki, barəsində yaşanmamış dastanlar da yazılıb”.