Gecənin ən çox sevinənləri

gecenin-en-cox-sevinenleri
Oxunma sayı: 649

“Qafqazinfo” xəbər verir ki, “P.S.G” öz meydanında “Valensiya” ilə 1-1 hesablı heç-heçə edib,”Yuventus” isə “Seltik”i 3-0 məğlub edib. Əslində “Valensiya”üçün hər şey yaxşı gedirdi. 55-ci dəqiqədə yarasalar Jonasın qolu ilə 1-0 önə keçiblər. Bu hesabı qorumaq onlara növbəti mərhələni gətircəkdi. Lakin 10 dəqiqə sonra Lavezzi “Valensiya” nı “Çempionlar Liqa”sından kənarlaşdıran qolu vurub.

“Yuventus” “Seltik” görüşündə artıq hər şey qabaqcadan məlum idi. Çünki “qoca senyoralar” səfərdə 3-0 hesablı qələbə qazanmışdılar. Lakin görünür bu nəticə italyanlara azlıq edib ki, onlar öz meydanlarında “Seltik”ə daha 2 cavabsız qol vurublar. Alessandro Matri ve Fabiyo Kualyarella “Yuventus”da qol vuran futbolçular olublar.

İqbal