Gecənin qəhrəmanı - Fotolar

gecenin-qehremani
Oxunma sayı: 6500

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Xorvatiya matçı 1:1 hesabı ilə başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, bu heç-heçədən sonra millimiz seçmə mərhələdə ilk xalını qazanıb.

Dünya ikincisi ilə oyunda sözsüz ki, ən yaxşılardan biri də yığmamızın qapıçısı Emil Balayev oldu. İnamlı oyunu ilə seçilən 25 yaşlı qolkiper xorvatlara bir neçə epizodda qol vurmağa imkan vermədi.

Bu səbəbdən onu gecənin qəhrəmanı adlandırsaq, yanılmarıq.

Qeyd edək ki, bu, Emil Balayevin milli komandada ilk matçı idi. Qazaxıstan "Tobol"unun qolkiperi Azərbaycan yığmasının tarixinə 233-cü futbolçu kimi düşüb. E.Balayevə qədər 232 oyunçu milli forması geyinib. Onlar arasında rekordçu Rəşad Sadıqovdur – 111 oyun. Debütant yığma tarixinə 19-cu qapıçı kimi düşüb. 

Fotolar: Pərvin Zeynal