Gədəbəy RİH-də vahid mərkəz yaradıldı

gedebey-rih-de-vahid-merkez-yaradildi
Oxunma sayı: 1411

Yerli icra hakimiyyəti orqanlarında ilk dəfə olaraq Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, prezident İlham Əliyevin “Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər” kimi mötəbər tapşırığı vətəndaşların müraciətlərinə baxılması kimi həssas bir sahədə fəaliyyətimizin əsas qayəsini təşkil edib.

İlk növbədə vətəndaşların qəbuluna münasibət kökündən dəyişilib, onlar diqqətlə dinlənilib, müraciətlərin mahiyyəti üzrə əsaslı qərarlar qəbul edilib. Hər bir müraciətə göstərilən həssas münasibət, açıqlıq, işgüzar mühit yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması rayon icra halimiyyətini vətəndaşların etimad ünvanına çevirib, vətəndaş məmnunluğunu yüksəldib.

Bu yöndə əsaslı və ciddi tədbirlərin davamı olaraq Gədəbəy Rayon İH tərəfindən vətəndaşlara Mülkü Məcələnin, Ailə Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin, Qanunların və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” nin tələblərinə uyğun olaraq 39 sahə üzrə göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb. Mərkəzdə RİH başçısı aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işci olmaqla cəmi 7 nəfər daima orada xidmət göstərir. Quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilmişdir. Burada xidmət sahələrinin hər biri telefon və kompüter dəsti ilə təchiz edilərək internetə çıxışı təmin edilmişdir. Xidmət göstərən məsul işçilər quraşdırılmış böyük monitorda vətəndaşa izah vermək, sənəd nümunələrini göstərmək imkanına malikdirlər. Mərkəzdə vətəndaşın problemlərinin operativ həlli məqsədi ilə (4 rəqəmli nömrə) qaynar xətt yaradılıb. Bundan əlavə, xidmətin səmərəliliyinin artırılması məqsədilə mərkəzdə könüllülər fəaliyyət göstərir.

Xidmətlərə aid olan məsələlər:
-sənədlərin qəbulu və verilməsi;
- memarlıq və tikinti məsələləri (13 xidmət);
- hüquq məsələləri (12 xidmət);
- sosial-iqtisadi məsələlər(6 xidmət);
- humanitar məsələlər;
- İƏD üzrə nümayəndəliklər və bələdiyyələrlə bağlı məsələlər(8 xidmət);
- yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi məsələləri;

Mərkəzin məqsədi:

-sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi;
-vaxt itkisinin qarşısının alınması;
-süründürməcilik və korrupsiya hallarının qarşısının alınması;
-vətəndaşın eyni vaxtda vahid məkanda RİH-nin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin edilməsi;
-işgüzar mühit, açıqlıq, həssas münasibət, yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması;
-RİH-nin vətəndaşın etimad ünvanına cevrilməsi;
-vətəndaş məmunluğunun yüksəldilməsi;

Könüllülər tərəfindən göstərilən xidmətlər:

-sağlamlıq vəziyyətinə görə məhdud hərəkətli vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı onların öz ünvanlarında ilkin səndləşmə işlərinə köməklik göstərilir;
-müraciət edən vətəndaşların ərizə formalarının doldurulmasını həyata keçirir.

Xidmətin adı

1. 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi. (komissiya)

2. Dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi

3. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi

4. Ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla, avtomobil yollarının qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərlə müqavilə bağlanması.

5. Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması

6. Yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması üçün rəyin verilməsi

7. Əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müvəqqəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla etibarnamələrin təsdiq edilməsi

8. Sənədlərdəki imzaların həqiqiliyinin təsdiq edilməsi

9. Vəsiyyətnamələrin təsdiq edilməsi

10. Vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi

11. Sənədlərin surətlərinin və sənədlərin surətlərindən çıxarılmış surətlərin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi

12. Doğumun qeydə alınması

13. Ölümün qeydə alınması

14. Nikahın qeydə alınması

15. Nikah yaşının azaldılması. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazənin verilməsi

16. Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququnun yaradılması

17. Fiziki şəxsin üzərində patronaj təyin edilməsi. Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilməsi

18. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi

19. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilməsi

20. Övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında məhkəməyə rəyin verilməsi

21. Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi

22. Uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi. Uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınaraq icazə verilməsi

23. Uşağın mənşəyinin müəyyən edilməsi

24. Uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçota götürülməsi. Uşaqları övladlığa götürməyi arzu edən Azərbaycan Respublikası vətəndaşlarının uçotunun aparılması

25. Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi. Valideyn himayəsindən məhrum olan və ya valideyn himayəsində yaşamaq üçün şəraiti olmayan uşaqların uşaq evi və internatlara, eyni zamanda müxtəlif xarakterli cinayətlər törədən, ancaq cinayət məsuliyyətinə cəlb edilməsi yaş həddinə görə mümkün olmayan uşaqların qapalı və ya açıq tipli müəssisələrə yerləşdirilməsi

26. Yetkinlik yaşına çatmayan şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notariat hərəkətlərin aparılmasına dair razılığın verilməsi

27. Bələdiyyə mülkiyyətində olan torpaqların ayrılması ilə əlaqədar rəy

28. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı

29. Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi

30. Tikinti layihələrinin ekspertizadan keçirilməsi

31. Tikinti layihələrinin təsdiqi və qeydiyyata alınması

32. Tikintilərin Dövlət reyestrinə məlumatın təqdim edilməsi

33. Tikintisinə icazə tələb edilən tikinti obyektinin istismarına icazə verilməsi

34. Tikintiyə icazə verilməsi

35. Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması

36. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması

37. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi

38. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verilməsi

39. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması