Gədəbəy sakini yeznəsini baltalayıb

gedebey-sakini-yeznesini-baltalayib
Oxunma sayı: 641

Gədəbəydə mülk üstündə dava olub, xəsarət alan var.

“Qafqazinfo” “APA”ya istinadən xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Pirverdiyev Natiq Bayram oğlu ilə bacısının yoldaşı arasında baş verən dava zamanı yeznəsi onun baş nahiyəsinə balta ilə iki dəfə zərbə endirib. Xəsarət alan şəxs Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.  N . Pirverdiyevin sözlərinə görə, yeznəsi onun evin gələrək mülkün ona məxsus olduğunu deyərək balta ilə xəsarət yetirib.

Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.