Gədəbəydə daha iki yol istifadəyə verilib

gedebeyde-daha-iki-yol-istifadeye-verilib
Oxunma sayı: 813


“Qafqazinfo” xəbər verir ki, 27 min əhalinin yaşadığı və 11 yaşayış məntəqəsini birləşdirən, eni 6 metr, üzünlüğü 11,4 kilometr olan Gədəbəy-Miskinli-Çalburun, həmçinin Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının açılışında iştirak edən rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov son illər dövlət başçısının diqqət və qayğısı sayəsində Gədəbəydə aparılan abadlıq və yenidənqurma işlərindən danışıb.

O, yeni yolların çəkilişini insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən növbəti tədbir kimi dəyərləndirib.

Tədbirdə iştirak edən sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.