Gədəbəydə maskalı şəxslər apteki soydu

gedebeyde-maskali-sexsler-apteki-soydu
Oxunma sayı: 983

Gədəbəy şəhərindəki apteklərin birindən oğurluq edilib. 

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, Slavyanka kənd sakini R.Həsənova məxsus aptekdən mayın 7-nə keçən gecə 3080 manat pul oğurlanıb. Cinayət əməlini törədənlərin Gəncə şəhəri ərazisində olduqları müəyyən edilib.

Gədəbəy Rayon Polis Şöbəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Vadim Səlimov, Rövşən Alıyev və qardaşı Rəvşin şəhər ərazisində saxlanılıblar. Onlardan 2 ədəd maska, 1 ədəd alışqan tapança, 2 ədəd əlcək, 1 ədəd kəsici alət və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.

Araşdırma aparılır.