Gədəbəydə müxtəlif tipli hərbi sursat aşkarlanıb

gedebeyde-muxtelif-tipli-herbi-sursat-askarlanib
Oxunma sayı: 652

Gədəbəydə hərbi sursat aşkarlanıb.  

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Qafqazinfo”ya verilən xəbərə görə, Söyüdlü kəndi- süni göl hövzəsinə baxış keçirilib, 33 ədəd müxtəlif tipli hərbi sursat (2 ədəd tank əleyhinə raket (PQ-7S), 1 ədəd tank əleyhinə PQ-7 raketinin motor hissəsi və 30 ədəd 7.62 mm-lik patron) aşkar edilib, daşınması mümkün olduğuna görə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb.