Gədəbəydə vətənpərvərliklə bağlı tədbir - Fotolar

gedebeyde-vetenperverlikle-bagli-tedbir
Oxunma sayı: 1326

“Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu”n da tədbir baş tutub. 

“Qafqazinfo” xəbər verir ki, yığıncaq Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyi tərəfindən həyata keçirilib. 

Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu tədbiri açıq elan edərək bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd hazırda fəaliyyət göstərən aşıqların yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazılmış şeirlərə diqqəti yönəltmək, ayrı-ayrı aşıqların yaradıcılıq nümunələrindən seçmələr edərək kitab nəşr etdirib geniş ictimaiyyətə təqdim etməkdir. 

Layihə çərçivəsində növbəti tədbir Gədəbəy rayonundakı Aşıq Musiqisi məktəbində keçirilib. İctimai Birliyin əməkdaşları rayonda yaşayıb fəaliyyət göstərən aşıqlarla görüşərək layihənin keçirilməsinin məqsədindən danışıblar, onlardan bədii yaradıcılıqla məşğul olanların qəhrəmanlıq və vətənpərvərlik mövzusunda yazdıqları şeirlərdən nümunələri hazırlanacaq kitaba daxil edilmək üçün götürülüb.

Gədəbəy Rayon İcra Hakimiyyətiənin Başçının müavini  Vəfa Allahverdiyeva çıxış edərək bildirib ki, bu gün saza tapınmaq həm də tariximizə tapınmaqdır. Tədbirdə həmçinin aşıq sənətinin bu günü və sabahı ilə bağlı məsələlər də müzakirə olunub.

Hazırlanacaq kitabda daha çox aşıqların vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazdıqları şeirlərin yer alması üçün qarşıdakı həftələrdə aşıq sənətinin daha çox inkişaf etdiyi Qazax, Şamaxı və digər rayonlarda da belə görüşlər keçiriləcək.