Gədəbəydən 22 ton qızıl çıxarılacaq- - Video

gedebeyden-22-ton-qizil-cixarilacaq-
Oxunma sayı: 2036


Hələ ötən əsrin əvvəllərində yataqda dağmədən işləri aparılıb. Həmin dövrdə Almaniyanın "Siemens" şirkəti yataqda mis filizinin hasilatı ilə məşğul olub və  təxminən 2 milyon ton filiz çıxarılıb. Sonralar Gədəbəy yatağında və ətrafında tədqiqatlar aparılıb. Nəticədə yatağın ərazisi böyüdələrək böyük miqyaslı qazıntı işlərinə başlanılıb.  

“Qafqazinfo” xəbər verir ki, aparılan tədqiqatlar nəticəsində Gədəbəy yatağında 22 ton qızılın olduğu güman edilir. Həm də bu yatağın bir özəlliyi də var ki, qazılan torpaqlardan hər tonuna 1,5 qram qızıl almaq mümkündür. Bundan əlavə digər qiymətli metalların həcmi də az deyil. Yataqda təxminən 192 ton gümüş və 37 min ton misin olması da proqnozlaşdırılıb.  Gədəbəy kontrakt sahəsində yerləşən eyni adlı qızıl-mis yatağında quyuların maksimum dərinliyi 270 metrdir. Layihəyə iş və xidmətlərlə bağlı 50-yə yaxın subpodratçı təşkilat cəlb olunub. Kəşfiyyat, tikinti-quraşdırma işlərinə və avadanlığa ümumilikdə 60 milyon dollardan çox vəsait sərf edilib. 2013-cü ildə istifadəyə verilən zavodda saatda 100-150 ton filiz emal olunur. Köhnə zavodda filizin tərkibindən 70 faiz qızıl alınırdısa, yeni müəssisədə bu göstərici 85 faiz təşkil edir. Bu zavodda sulfidli filiz də emal olunacaq. Müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə kimyəvi maddələrin yayılmasının təsiri azaldılıb. Bu məqsədlə anbar tikilib və tullantıların oraya axıdılması üçün xüsusi mühafizə olunan boru xətti çəkilib. Zavodda istifadə olunan texnologiyalar xaricdən gətirilib. Emal prosesində istifadə olunan aşındırma sistemi Avstraliya, çökdürmə sistemi isə Cənubi Afrika Respublikasının istehsalıdır. Əvvəllər çökdürmə prosesi açıq havada aparılırdısa, yeni müəssisədə bu əməliyyat qapalı çənlərdə həyata keçirilir. Burada 32 min unsiya qızıl istehsalı nəzərdə tutulur. Xam maldan, yəni mədəndən çıxarılan suxurlardan qızıl istehsal etmək üçün həmin suxuru bir neçə mərhələdən keçirmək lazım gəlir. Bu prosesdə ən ağır mərhələ qrabilka hissəsində həyata keçirilən mərhələdir. Daha sonra parçalanan suxur digər bölməyə göndərilir. Burada isə digər mərhələlər başlayır. Suxurlara xüsusi madələr qatılır və daha sonra su ilə yuyulur, qurudulur və beləcə tonlarla torpaqdan qıramlarla qızıl alınır. Zəhməli iş olsada nəticənin parıldaması burada çalışanlara stimul verir. Bu cür zavodun tikilib istifadəyə verməsi dövlətimizin uğurudur. 

Gədəbəy yatağının istismarı ilə bağlı müqavilə 1997-ci ildə imzalanıb. "Azərqızıl" Dövlət Şirkəti ilə ABŞ-ın "R.V. İnvestment Qrup Servis LLSi şirkəti arasında hasilatın pay bölgüsü haqqında Sazişə uyğun olaraq layihənin icrasını Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti həyata keçirir. Turkeltv.az