Gəldiyi yerə qayıdır

geldiyi-yere-qayidir
Oxunma sayı: 666

“Qafqazinfo” xəbər verir ki, Ronaldo yenidən əvvəlki klubu “Mançester Yunayted”ə qayıda bilər. Belə ki, “Real” “Mançester”dən Ronaldonun əvəzində yüksək məbləğ və Xaviyer Hernandezi istəyəcək. Lakin Aleks Fergüson Hernandezi satmaq istəmədiyi üçün “qırmızı şeytanlar” “Real” Madridə başqa bir təklif edəcək. Onlar Ronaldoya görə 65 milyon funt sterlinq və Nanini təklif etmək niyyətindədirlər.

Digər tərəfdən Ronaldo üçün “PSJ” klubu da startda dayanıb. Ərəb şeyxləri portuqaliyalı futbolçunu almaq üçün 80 milyon funt sterlinqlərindən keçməyə razıdırlar.

İqbal