“Gələn dəfə bu zal dolacaq…” - Dihajın konsertindən fotolar

gelen-defe-bu-zal-dolacaq
Oxunma sayı: 1143

Elektron musiqi kollektivi Dihaj “The End Of Sunrise”adlı solo konsert proqramı ilə Yaşıl Teatr səhnəsində çıxış edib. 

“Qafqazinfo” xəbər verir ki, onlar yeni albomlarına daxil olan (“TEOS”) mahnıları pərəstişkarları üçün ifa ediblər. 

Musiqi gecəsinin xüsusi qonaqları əməkdar artist İsfar Sarabski və “O səs Türkiyə”nin qalibi Elnur Hüseynov olub. 

Dihaj hər iki tanınmış sima ilə duetlərini təqdim edib. Konsertdə tamaşaçı qismində “YARAT”ın rəhbəri Aidə Mahmudova, aparıcılar Zümrüd Qasımova, Hacı Nuran Hüseynov, Vüsalə Səid, Aysel Nazim və başqaları olub.  Solist Diana gecədə iki geyimdən istifadə edib.

“Ümid edirəm ki, gələn dəfə bu zal dolacaq. Gələn dostlarıma təşəkkür edirəm” deyərək bütün tamaşaçıları səhnəyə dəvət edib. 

Qeyd edək ki, qrup gitaraçı Anar Abdullayev, solist Diana Hacıyeva və həyat yoldaşı Əli Nəsirovdan ibarətdir. 

Xatırladaq ki, Dihaj Azərbaycanı «Eurovision-2017» beynəlxalq mahnı müsabiqəsində «Skeletons» mahnısı ilə təmsil edib. 

Fotolar: Nuran Məmmədov