Gələn həftə 4 gün qeyri-iş günü olacaq

gelen-hefte-4-gun-qeyri-is-gunu-olacaq
Oxunma sayı: 3064


“Qafqazinfo” xəbər verir ki, APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bayramla əlaqədar olaraq gələn həftənin cümə axşamı və cümə günləri Azərbaycanda qeyri-iş günüdür.

 Bayram günləri həftənin sonuna düşdüyündən, şənbə və bazar günləri də nəzərə alınmaqla Azərbaycanda 4 gün iş olmayacaq.

 Nazirlər Kabinetinin qərarı ilə 15 və 16 oktyabr tarixləri isə Qurban bayramı günü kimi qeyd ediləcək. Qanunvericiliyə uyğun olaraq, həmin günlər də iş günü hesab edilmir.