Gələn il orta aylıq əməkhaqqı 549 manat olacaq

Gələn il orta aylıq əməkhaqqı 549 manat olacaq
Oxunma sayı: 1110

2018- ci il və sonrakı 3 il üzrə hazırlanmış ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən ÜDM-nin real ifadədə artımı 1,5 faiz olmaqla 69,4 milyard manat təşkil edəcək. 

“Qafqazinfo” xəbər verir ki, gələn ilin büdcə sənədində qeyd olunur ki, qeyri-neft sektorunda ÜDM real ifadədə 2,9 faiz artaraq 47,6 milyard manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 83 faiz həcmində nəzərdə tutulur. 2018-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,9 milyard manat proqnozlaşdırılır. Bunun da 51,5 faizi daxili investisiyaların, 48,5 faizi isə xarici investisiyaların payına düşür. Növbəti ildə orta aylıq əməkhaqqının ötən illə müqayisədə real ifadədə 0,5 faiz artaraq 549,7 manat olacağı proqnozlaşdırılır. 

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi