Gələn ilin dövlət büdcəsi ilə bağlı məktub Milli Məclisdə

gelen-ilin-dovlet-budcesi-ile-bagli-mektub-milli-meclisde
Oxunma sayı: 1602

Bu gün Milli Məclisə Maliyyə Nazirliyi adından büdcə zərfinə daxil olan sənədlərlə bağlı məktub daxil olub. 

“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, bütövlükdə büdcə zərfinə daxil olan sənədlərin siyahısı isə Milli Məclisə oktyabrın 22-də daxil olacaq. 

Qeyd edək ki, büdcə zərfinə "2019-cu il dövlət büdcəsi haqqında”, "2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri, MM-in və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir. 

Bildirək ki, əvvəlcə büdcə zərfinin müzakirəsi parlamentin komitələrində, daha sonra isə noyabrın 13,14 və 15-də  keçiriləcək  plenar iclasda deputatların müzakirəsinə çıxarılacaq.

Günel Türksoy