Gəlin aparmağa gedən musiqiçilər Şəmkirdə qəzaya düşdülər

gelin-aparmaga-geden-musiqiciler-semkirde-qezaya-dusduler
Oxunma sayı: 1915

Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qapanlı kəndi ərazisində baş verib.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin traktorla toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, xəsarət alanlar musiqiçilərdir. Onlar qız evindən toya gəlin aparmaq üçün gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.