“Gəlin, heç bir qanun pozuntusuna yol verməyək”

gelin-hec-bir-qanun-pozuntusuna-yol-vermeyek
Oxunma sayı: 1885

"Azərbaycanda beynəlxalq standartlara cavab verən hüquqi sistem yaradılıb və şəffaf və ədalətli seçkilərin küeçirilməsi üçün bütün zəruri əsaslar mövcuddur".

"Qafqazinfo" xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Rüstəm Usubov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar müşavirədə deyib. R.Usubov bildirib ki, Azərbaycanda ictimai siyasi sabitlik və demokratik seçki qanunvericiliyi tam əminlikdə qeyd etməyə əsas verir ki prezident seçkiləri əvvəlki sekilər kimi xalqın aktiv iştirakı və qanun çərçivəsində keçiriləcək. Baş prokurorun müavini bildirib ki, xalqımızın iradsinin təmin olunmasında prokurorluq orqanlarının da vəzifələri vardır.

O qeyd edib ki, prokurorluq orqanları seçkilərlə bağlı müraciət və şikayətləri araşdırır, müraciətlərə verilən izahlarda yaxından iştirak edir.

R.Usubov vurğulayıb ki, Azərbaycanda əvvəlki seçkilərdə ciddi qanun pozuntusuna yol verilməsi ilə bağı prokurorluq oqranlarına müraciət daxil olmayıb. R.Usubov seçki qanunvericiliyinin pozulmasına görə bu hala yol verənlər qanunvericilik çərçivəsində cəzalanacaq.

Baş prokurorun müavinin sözlərinə görə, indiyə qədər keçirilən seçkilərdə müraciət və şikayətlər daha çox bələdiyyə seçkiləri ilə bağlı olub ki, bu da bu seçkilərin kütləvi xarakter daşıması ilə bağlıdır. Onun sözlərinə görə, 2008-ci ildə prezident seçkilri ilə bağlı müraciət daxil olmayıb. R.Usubov vurğulayıb ki, 2013-cü ildə keçirilən prezident seçkiləri ilə bağlı prokurorluq orqanlarına cəmi 6 müraciət daxil olub ki, onların da araşdırılması zamanı qanun pozuntusuna yol verilməsi aşkar edilməyib. R.Usubovun sözlərinə görə, Azərbaycanda 2016-cı ildə keçirilən referendumla bağlı prokurorluq orqanlarına şikayət və müraciətlər daxil olmayıb.

O qeyd edib ki, 2015-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı bir sıra şikayətlər daxil olub və araşdırılaraq müvafiq tədbirlər görülüb: R.Usubov qarşıdan gələn seçkilərin azad və demokratik və heç bir qanun pozuntusuna yol vermədən keçiriləcəyinə inandığını bildirib: “Gəlin vicdanla, şəffaf şəkildə bu tədbiri həyata keçirək və heç bir qanun pozuntusuna yol verməyək”.