Gəlin Kralı məhkəməyə verir

gelin-krali-mehkemeye-verir
Oxunma sayı: 662

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbər görə, 19.3 milyard sərvətə sahib olan şahzadə Əl Vəlidin yaratdığı fondun rəhbər köməkçisi vəzifəsini yerinə yetirən 27 yaşlı Amira Talal kralı qadın haqları məsələsində ittiham edib. Tvitterdən başladığı kampaniyada Amira bərabər haqlar tələb edib: “Allahın bizə verdiyi haqları istəyirik. Bərabər vətəndaşlar kimi hörmət görmək və təqdir edilmək istəyirik. Səudiyyə qadınları onlara on illərdir tətbiq edilən məhdudiyyətlərə geri dönə bilməz”.
Daha əvvəl də ölkəsinin qadınlarına maşından istifadə etmək üçün keçirilən nümayişlərə dəstək olan Amira bunun Səudiyyə qadınlarının təməl haqlarından biri olduğunu qeyd edib.


Səidə