“Gəlin, mən tək, siz hamınız...” - Lukaşenkodan çağırış

gelin-men-tek-siz-haminiz
Oxunma sayı: 637

Belarus prezidenti Aleksandr Lukaşenko avropalı siyasətçiləri demokratiya ilə bağlı debata çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Lukaşenko onlara qarşı tək çıxış etməyə hazır olduğunu bildirib:

“Əgər demokratiya ilə bağlı mənimlə bəhsə girmək istəyirsinizsə, gəlin sizin kütləvi informasiya vasitələrinizdə açıq şəkildə diskussiya aparaq. Gəlin mən tək, siz hamınız. Sizin xalqlarınıza sübut edəcəm və onlar da müəyyən nəticəyə gələcəklər- Lukaşenko haqlıdır, yoxsa yox”. 

Qeyd edək ki, daha əvvəl Lukaşenko bəyan etmişdi ki, Belarusda insan hüquqları, demokratiya və qanunun aliliyi Aİ-dən az deyil”.