“Gəlin oğurlanması”na görə dalaşanlar deportasiya olunur

gelin-ogurlanmasina-gore-dalasanlar-deportasiya-olunur
Oxunma sayı: 639

Sank-Peterburqda kütləvi davada iştirak edən azərbaycanlılardan doqquzu Azərbaycana deportasiya olunacaqlar. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, həmin davadan sonra müəyyən olunub ki, azərbaycanlılardan doqquzu Rusiyada qanunsuz olaraq yaşayıblar.

Xatırladaq ki, Azərbaycanın Sank-Peterburqdakı konsulu bəyanat verərək iyirmi azərbaycanlının iştirak etdiyi həmin kütləvi davanın baş verməsinə səbəb kimi toy zamanı “gəlinin oğurlanması”nı göstərmişdi.

Qeyd edək ki, iki azərbaycanlı ailənin iştirak etdiyi davada iki 26 yaşlı, 27, 52 və 55 yaşlı azərbaycanlı xəsarət almışdı. İnsidentlə bağlı 28 nəfərin isə saxlanıldığı deyilir.