Gəlini aparmağa gələnlər qız evini soydular - 5 minlik oğurluq+Yenilənib

Gəlini aparmağa gələnlər qız evini soydular
Oxunma sayı: 141

Azərbaycanda maraqlı oğurluq hadisəsi baş verib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə toy günü baş verib. Belə ki, toy günü qız evinin mənzilindən 3500 manat pul və 2000 manat dəyərində qızıl aparılıb. Qız evi məsələ ilə bağlı polisə şikayət ərizəsi təqdim edib. 

Polisin və qız evinin ilkin ehtimalına görə, bu, oğurluq hadisəsidir. Onlar bu hadisənin oğlan evi tərəfindən planlandığını ehtimal edirlər.  

Belə ki, oğlan evi el adətinə görə, qız evindən “götürməli olduqları” əşyanın yerinə belə bir üsula əl atıblar. Evdə  heç bir əşyaya toxunulmayıb, sadəcə  qeyd olunan məbləğdəki pul və zinət əşyaları götürülüb. 

Qeyd edək ki, polis tərəfindən mənzilə baxış keçirilib, maddi sübutlar və barmaq izləri götürülüb. Hazırda iş Xətai rayon polis bölməsinin istintaq idarəsində  araşdırılır.

***

Oğlan evindən “Qafqazinfo”ya oğurluq hadisəsinin olması faktını təsdiqləyiblər. Amma bildiriblər ki, bu oğurluqda onların əli yoxdur və polisə də oğlan evinə qarşı şikayət ərizəsi yazılmayıb. 

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi