Gəlinlə bəy qonaqlardan hədiyyə kimi Bitkoin tələb etdi

gelinle-bey-qonaqlardan-hediyye-kimi-bitkoin-teleb-etdi
Oxunma sayı: 2011

Dünyanın ən məşhur kriptovalyutası bitkoinin dəyərinin 20 min dolları keçməsindən sonra onu əldə etmək istəyənlərin də sayı artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanda gəlinlə bəy qonaqlardan toy hədiyyəsi əvəzinə bitkoin tələb ediblər. 

Hadisə ölkənin cənubundakı Banqalor şəhərində baş verib. İki yüz nəfərlik qonaqdan 185-i gəlinlə bəyə 100 min rupi (təxminən 2500 AZN)  dəyərində bitkoin hədiyyə edib. 

Hazırda Bitkoinin bazar qiyməti 280 milyard dollardan bahadır. Dünyada 1200-ə yaxın digər virtual pul vahidlərinin ümumi bazar dəyəri isə təxminən 400 milyard səviyyəsindədir. 

Krımda isə evil cütlük yeni doğulan oğlan uşaqlarına Bitkoin adını verib. Uşağın atası bunu “Oğlumun adını Bitkoin qoymaqla kripto pul sənayesini dəstəkləmək istədim” şəklində izah edib. Ata Bitkoin sayəsində maliyyə uğuru əldə edərək maddi vəziyyətini xeyli yaxşılaşdırdığını əlavə edib. 

Qeyd edək ki, bitkoin rəqəmsal kriptovalyuta və eyniadlı elektron ödəniş şəbəkəsidir. O, 2008 ci ildə Satoshi Nakamoto tərəfindən icad edilib və hər hansı bir mərkəz banka, rəsmi quruluş və s. ilə bağlantılı olmadan ancaq ölkələrin pul vahidi ilə alınıb satıla bilən, hər hansı bir üçüncü qurum və ya şəxsə aid olmadan transfer edilə bilən rəqəmsal pul vahididir. Dünya bazarlarında dollar və euroya alternativ hesab edilir.