“Gəlməyəcəm demişdi, quzu kimi gəldi” - Ərdoğan

gelmeyecem-demisdi-quzu-kimi-geldi
Oxunma sayı: 8144

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Antalya Böyükşəhər Bələdiyyəsinin inzibati binasının açılışı mərasimində iştirak edib.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, Ərdoğan xalq qarşısında çıxışı zamanı CHP (Cumhuriyyət Xalq Partiyası) sədri Kamal Kılıçdaroğlunu sərt şəkildə tənqid edib.

“Bunlara 5 keçi verin, onları da bu bina kimi qoruya bilməyəcəklər. Prezident Sarayını təmir etdirdik, bizə demədikləri söz qlamadı. Gedib qayıtdılar... Məlum şəxs “Mən ora getməyəcəyəm” dedi, lakin sonra quzu kimi gəldi. Mən onun gələcəyini bilirdim. Bunların sözləri keçərli deyil. Axşam başqa, səhər başqa söz deyirlər”, - deyə Türkiyə prezidenti bildirib.