Gəmi ilə Bakıya gələn Türkmənistan vətəndaşları saxlanıldı

Gəmi ilə Bakıya gələn Türkmənistan vətəndaşları saxlanıldı
Oxunma sayı: 1058

Bakı Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda Türkmənistandan “Bagtyyar” gəmisi ilə Azərbaycana gələn Türkmənistan vətəndaşı Muhammet Charyyevin gömrük nəzarətindən keçdikdən sonra postun qarşısında duraraq digər sərnişinlərdən qızıl məmulatlarını qəbul etməsi barədə əməliyyat məlumatı daxil olub. 

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Charyyev Muhammet saxlanılaraq təkrarən gömrük postuna dəvət olunub və onun üzərində qızıl məmulatlarının olub-olmaması barədə sorğu-sual edilib. 

Keçirilən gömrük nəzarəti zamanı vətəndaş Charyyev Muhammet ümumi çəkisi 203 qram olan qızıl məmulatlarını gömrük nəzarətinə təqdim edərək bildirib ki, həmin qızıl məmulatları Türkmənistan vətəndaşı Moshyyeva Bıbıjemala məxsusdur və onun xahişi ilə digər üç nəfər qadın sərnişindən götürüb, sonradan isə həmin məmulatları onunla birgə “Bagtyyar” gəmisi ilə gələn və həmin qızıl məmulatlarının sahibi olan Moshyyeva Bıbıjemala təhvil verəcək. 

Bundan sonra Türkmənistandan “Bagtyyar” gəmisi ilə Azərbaycan Respublikasına gələn Türkmənistan vətəndaşları Palıvanova Oguljennetin və   Moshyyeva Bıbıjemalın üzərlərində şəxsi yoxlama aparılıb və əl çantalarına baxış keçirilib. 

Şəxsi yoxlama və əl çantasına baxış zamanı ümumi çəkisi 790 qram olan qızıl məmulatları aşkar olunub. Beləliklə, hər üç vətəndaşdan ümumilikdə, cəmi çəkisi 993 qram olan qızıl məmulatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi