Gəminin mühərriki dayandı, 1300 nəfər evakuasiya olunur - Foto

geminin-muherriki-dayandi-1300-nefer-evakuasiya-olunur
Oxunma sayı: 3031

Norveç sahillərində "Viking Sky” kruiz gəmisi mühərrikində yaranan problem səbəbindən hərəkəti itirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xilasedicilər gəminin göyərtəsindəki 1,3 min sərnişin və ekipaj üzvünün evakuasiyasına başlayıblar. 

Evakuasiya vertolyotlarla həyata keçirilir. Qəza fırtına səbəbindən baş verib.  

Artıq insanların bir hissəsi təhlükəsiz zonaya köçürülüb. Xəsarət alanların olub-olmadığı məlum deyil.