Gənc Ailələrə Sosial və Psixoloji Dəstək

genc-ailelere-sosial-ve-psixoloji-destek-
Oxunma sayı: 705

Bu barədə məlumatı “Qafqazinfo”ya birlikdən veriblər. Birliyin əsas məqsədi gənc ailələrə psixoloji, hüquqi, tibbi və sosial dəstək göstərmək və onların maarifləndirilməsindən ibarətdir. Birliyin sədri jurnalist İradə Cəlilova seçilib.

Birliyin vəzifələri sırasına aşağıdakılar daxildir:
• gənc ailələrin sosial problemləri ilə bağlı araşdırmalar aparmaq;
• ailə quran gənclərin psixoloji xidmətlərə çıxışını təmin etmək;
• Gənc qadınların ailə-daxili zorakılıqdan qorunmasına yardım göstərmək;
• Məişət zorakılığının qurbanı olan gənc qadınlara xidmətlər göstərmək;
• Gənc ailələrin məşğulluq problemlərinin həllinə dəstək göstərmək;
• Gənc ailələrin övladlarının maarifləndirilməsinə dəstək göstərmək;
• Gənc ailələr üçün təlim və seminarlar keçirmək;
• Erkən nikahların qarşısının alınması üçün tədbirlər həyata keçirmək

Birlik müxtəlif dövlət orqanları, beynəlxlaq təşkilatlar, QHT-lər və KİV-lərlə sıx əməkdaşlıq edəcəkdir. Birlik öz fəaliyyətini daha da genişləndirmək üçün artıq müxtəlif Koalisiya və Şəbəkələrə üzvlük üçün müraciət etmişdir. Artıq Yolların Təhlükəsizliyinə Dəstək QHT Koalisiyası Birliyi üzvlüyə qəbul edib.