Gənc Bloqerlər qrupu yaradıldı

genc-bloqerler-qrupu-yaradildi
Oxunma sayı: 828

Gəncə şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının dəstəyi,  "Avropa Gənclər Paytaxtı- 2016" və İslahatçı Gənclər İctimai Birliklərinin təşkilatçılığı ilə "Gənc Bloqerlər Məktəbi" layihəsinin açılışı olub.

"Qafqazinfo"nun məlumatına görə, layihə çərçivəsində keçirilən təlimlərə 100-ə yaxın  gənc qatılıb.

Tədbirdə informasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədar həm dünyada, həm də ölkəmizdə gənclərin sosial media, xüsusən də bloqerlik sahəsində fəallığının müşahidə olunduğu bildirilib. 

Təlimlərdə müasir dövrdə medianın ən kütləvi təsir vasitəsi olan internetin açdığı imkanlar, bloqçuluq fəaliyyəti, əhəmiyyəti, informasiya savaşındakı rolundan danışılıb. Gənclərə bloqların yaradılması, onun texniki tərəfləri, sosial mediadan, internetdə təhlükəsizliyi təmin edən proqramlardan istifadə qaydaları haqqında məlumat verilib, fikir mübadiləsi aparılıb.

Sonda iştirakçı gənclərə sertifikatlar təqdim olunub.