Gənc cüdoçularımız Avropa çempionatında

genc-cudocularimiz-avropa-cempionatinda
Oxunma sayı: 635

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, üç gün davam edəcək qitə birinciliyində respublikamızı 11 cüdoçumuz - Əlməmmədov Rasim, Sadıqov Mehman (hər ikisi -55 kq), Talışinskiy İsgəndər, Rufullayev Rəşad (hər ikisi -60 kq), Mehdiyev Musa, Cəlilov Cəlil (hər ikisi -66kq), Səfərli Afiq, Rəhimli Hüseyn (hər ikisi -73 kq), Rəsullu Abdulhaqq, Mehdiyev Məmmədəli (hər ikisi -81 kq) və Həsənov Əlixan (-100 kq) təmsil edəcəklər.

Gənclərdən ibarət yığma komandamızın məşqçiləri Fərhad Məmmədov və Azər Şıxəliyevdir.