“Gənc istedadlar” liseyinin 10 illik yubileyi qeyd edilib

“Gənc istedadlar” liseyinin 10 illik yubileyi qeyd edilib
Oxunma sayı: 1573

Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin 10 illik yubileyi münasibətilə tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbiri açan rektor, akademik Abel Məhərrəmov təhsil sistemində irimiqyaslı islahatların həyata keçirildiyini qeyd edib və 2007-ci ildən BDU nəzdində “Gənc istedadlar” liseyinin fəaliyyət göstərdiyini bildirib. Rektor 10 il müddətində liseydə gənc istedadları aşkar etmək, onların inkişafına şərait yaratmaq, dərin biliyə, yüksək mənəvi keyfiyyətlərə malik vətənpərvər gənclər kimi yetişmələri istiqamətində həyata keçirilən işləri yüksək dəyərləndirib və qarşıda duran məqsədlərdən danışıb.

Liseyin direktoru, professor Qasım Hüseynov çıxış edərək indiyə qədər lisey məzunların hamısının dövlət ali məktəblərinə qəbul olduqlarını, 330 məzundan 85 nəfərinin qəbul imtahanlarında 600-dən artıq bal topladığını, məzunların 72 nəfərinin BDU-da, 40 nəfərinin xaricdə, o cümlədən Kanadanın Toronto və Vaterloo, Rusiyanın və Türkiyənin nüfuzlu universitetlərində, ODTU və Bilkənd Universitetində təhsil aldıqlarını, 5 nəfərinin Prezident təqaüdünə, 25 nəfərinin qızıl, 5 nəfərinin isə gümüş medala layiq görüldüyünü deyib.

Sonra “Kaspi” Təhsil Şirkətinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva çıxış edərək liseyin şagirdlərinin Respublika və Beynəlxalq olimpiadalarda, müxtəlif intellekt, bilik və idman yarışlarında əldə etdikləri uğurları yüksək qiymətləndirib.

Qeyd edək ki, yubiley mərasimində “Gənc İstedadlar” liseyi ilə 6 saylı məktəb-lisey arasında əməkdaşlıq haqqında saziş imzalanıb.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi