Gənc istedadların təqaüdü 100 manat artırıldı

genc-istedadlarin-teqaudu-100-manat-artirildi
Oxunma sayı: 1340

Azərbaycan prezidenti İlham Əliyev gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" 1997-ci il 13 sentyabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
 
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən 300 manatdan 400 manatadək artırılıb.