Gənc müğənni erotik klipini təqdim etdi- - Video

genc-mugenni-erotik-klipini-teqdim-etdi-
Oxunma sayı: 5345


“Qafqazinfo”nun məlumatına görə, gənc müğənni tanınmış məkanların birində mətbuat nümayəndələri və şou əhlini başına toplayaraq sözləri özünə, musiqisi isə Üzeyir Abdulcabbara məxsus olan mahnısına çəkdirdiyi yeni klipini təqdim edib. Ekran işinin rejissoru Emil Quliyevdir. “Artıq 10 ildir müğənniliklə məşğulam. Bir müddət “Şeron” qrupunda fəaliyyət göstərdim. Artıq solo oxumağımın vaxtı çatıb. Fərqli bir klip ərsəyə gətirdik. Klipdə erotik görüntülər var. Lakin bunun ayıb olduğunu düşünmürəm. Klip iki versiyada yayımlanacaq. Açıq-saçıq görüntülər olan “Youtube” kanalında yerləşdiriləcək. Digəri isə televiziyalar üçün nəzərdə tutulubş İnanıram ki, bu klip mənə uğur gətirəcək”-, deyə gənc ifaçı bildirib. 

Təqdimata Aysel Əlizadə, Elvin Abdullayev, Abdul Xalid, Roza Zərgərli, Sevinc Musayeva, “Şeron” qrupunun üzvləri Rüstəm Zeynallı, Nicat Rəhimov, teleaparıcı Vüsalə Əlizadə, prodüser Təranə Səmədova və başqaları qatılıb.

)