Gənc müğənniyə Türkiyədən iş təklifi

genc-mugenniye-turkiyeden-is-teklifi
Oxunma sayı: 1585


“Qafqazinfo”nun məlumatına görə, prodüser bu haqda sosial şəbəkədə yazaraq Aygün Kazımovadan sonra Sevinc Musayevanın şanslı biri olacağına inandığını bildirib:

“Azərbaycan musiqi dünyasının öndə gələn simalarından olan Sevinc Musayeva ilə layihələrə yol almağa hazırıq. İnanıram ki, Aygün Kazımovadan sonra o da Türkiyədə uğur qazanacaq”.

Musayeva isə türkiyəli prodüserin təklifi haqda düşündüyünü açıqlayıb: 

“Konkret iş görülmədən vəd vermək istəmirəm. Hələki bunları yuxu kimi görürəm. Gerçəyə dönərsə, yuxu olmadığına inanacam. Türkiyədə yaradıcılıq asan deyil və çox maliyyə tələb olunur. Bəlkə də bu işbirliyi başqa bir müqavilə şərtləri ilə olacaq. İstanbula səfər edib, şərtləri incələdikdən sonra qərar verə biləcəm”.