Gənc musiqiçilərimiz böyük uğur qazandılar

genc-musiqicilerimiz-boyuk-ugur-qazandilar
Oxunma sayı: 632

“Qaqfazinfo”nun Mədəniyyət və Turizm nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, 10-11 dekabrda Rostov şəhərində keçirilmiş “Millətin Sərvəti – 2011” (“Сокровище Нации – 2011”) adlı müsabiqədə gənc skripkaçılar - Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi, 15 yaşlı Nadir Eyvazov və M. Maqomayev adına 26 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi, 10 yaşlı Elxan Zəkizadə iştirak etmiş və hər biri öz yaş qrupunda müsabiqənin ən yüksək mükafatına - Qran-Pri mükafatına layiq görülüblər.
Şagirdlərin göstərdikləri yüksək nəticələrə görə onların müəllimləri Hökümə Əliyeva və Mahirə Tabiyeva Diplomla təltif olunublar..