Gənc mütəxəssislər ekskursiyada

genc-mutexessisler-ekskursiyada-
Oxunma sayı: 639

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, İdarənin baş texnoloqu Oruc Bayramov gənc mütəxəssisləri kompleksin çökdürücü, xlorator, süzgəc, qaldırıcı nasos stansiyaları sexlərinin iş prinsipi ilə tanış edərərk onlara içməli suyun təmizlənmə texnologiyaları barədə ətraflı məlumat verib.

Daha sonra “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov gənc mütəxəssislərlə görüşüb və gənc mütəxəssislərə geniş şərait yaradıldığını bildirib: “Hidrotexniki qurğuların tikintisi zamanı ən son texnologiyanın tətbiqi, su təchizatı və kanalizasiya sistemlərinin müasir üsullarla idarə olunması, içməli su və çirkab suların laborator analizlərinin beynəlxalq standartlara uyğun aparılması üçün gənc mütəxəssislərə böyük ehtiyac var. Bakıda və regionlarda reallaşdırılan layihələrin icrasında ən son texnologiyaların tətbiq olunması məqsəd kimi qarşıya qoyulub. Bunları nəzərə alaraq gənc mütəxəssislərin işə cəlbi, qabaqcıl təcrübənin öyrənilməsi üçün onların xaricdə təlimlərə göndərilməsi nəzərdə tutulur. Artıq iyul ayının əvvəllərində sizlərdən təşkil olunmuş 20 nəfərlik ilk qrup Türkiyəyə ezam olunacaq. Bundan başqa Almaniya şirkətləri ilə də danışıqlar aparılır və sentyabr-oktyabr aylarında burada iştirak edənlərin bir qismi Ştutqart şəhərində təcrübə mübadiləsi keçəcəklər. Sizin təcrübəli kadr kimi yetişməyiniz üçün hər birinizin bu proqramlarda iştirakı nəzərdə tutulur”.
Sonra gənc mütəxəssislər onlara yaradılan əmək şəraiti, istehsalat prosesində üzləşdikləri çətinliklər barədə məlumat veriblər və təkliflərini səsləndiriblər. “Azərsu” ASC-nin sədri görüşdə qaldırılan məsələlərin araşdırılması və həlli üçün müvafiq göstərişlərini verib.

Nigar Məmmədli