Gənc qadın intihara cəhd edib, vəziyyəti ağırdır - Oğlundan üzr istəyib

genc-qadin-intihara-cehd-edib-veziyyeti-agirdir
Oxunma sayı: 5028

Bərdə rayonu Şörəlli kənd sakini intihara cəhd edib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, 1989-cu il təvəllüdlü A.Məhərrəmova yaxınları tərəfindən yaşadığı evdə huşsuz vəziyyətdə tapılıb. Onun xeyli miqdarda psixotrop tərkibli dərman qəbul etdiyi məlum olub.

Yaxınlarının sözlərinə görə, A.Məhərrəmovanın psixoloji problemləri vardı və bir müddət idi ki, müalicə alırdı. 

İntihara cəhddən əvvəl qadın azyaşlı oğlundan onu bu addımına görə bağışlamasını istəyib. Məhz anasının sözlərini nənəsinə çatdırdıqdan sonra yaxınları qadının intihara cəhdindən xəbərdar olublar. 

Bərdə Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Bərdə sakininin vəziyyəti orta ağır olaraq qalır.