Gənc qız metroda özünü pis hiss etdi - Fotolar

genc-qiz-metroda-ozunu-pis-hiss-etdi
Oxunma sayı: 9034

Metronun “Nərimanov” stansiyasında təxminən 20-22 yaşlarında olan qız özünü qatarın altına atmaq istəyib.

“Qafqazinfo” Yeniçağ.az-a istinadən  xəbər verir ki, hadisə bu gün saat 19 radələrində baş verib.

Ətrafdakıların yardımı ilə qızı xilas etmək mümkün olub.

Gərgin vəziyyətdə olduğu müşahidə olunan qız xilas olduqdan sonra halsız halda yerə yıxılıb.

Metro bələdçisinin çağırışı ilə hadisə yerinə gələn həkim qıza ilk tibbi yardım göstərib.

***

Daha sonra şahidlər redaksiya ilə əlaqə saxlayaraq, hadisənin öncə intihara cəhd kimi anlaşıldığını, qız özünə gəldikdən sonra isə ürəyi sıxıldığından bu cür vəziyyət yarandığını bildirib.